Telekom İnvest TV üçün lisensiya və sertifikat aldı

Uzun müddətdən sonra Telekom İnvest MMC kabel və İPTV yayımı üçün lisensiya aldı.  Hazırda Telekom İnvestin markası “GammaSkynet İSP” müştəriləri TV xidməti ilə təmin edir. GammaSkynetin yalnız bir tarifi və 150 TV kanalı var.

CATV-dəki 150 kanalın 75-dən çoxu  Full HD və HD keyfiyyətdədir. Eyni zamanda, İPTV-dəki 15 TV kanalı HD keyfiyyətdədir. Hər birinin aylıq ödənişi 10 AZN-dir və qoşulma pulsuzdur. Telekom İnvest LLC “GammaSkynet İSP” yeni texnologiyalar üçün telekommunikasiya sahəsinə investisiya edir. Artıq müştərilərin çoxu yeni sistemə və GPON texnologiyasına keçib.

Telekom İnvestdə keçirilən konfrans zamanı  yeni TV xidmətləri,platform və player müştərilərə tanış edildi. Yanaşı olaraq, Telekom İnvest MMC-nin İT və İSP rəhbərləri işlətməyə başladıqları yeni texnologiyanı təqdim etdilər.